bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Qriqorçukdan sonra Şmidt danışacaq

26.09.2016 17:02 Oxundu 1959

Sentyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyununda “Qəbələ” Almaniyanın “Maynts” komandasını qəbul edəcək. “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Maynts” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl - sentyabrın 28-də saat 18:00-da arenanın media zalında start götürəcək.

İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və yarımmüdafiəçisi Asif Məmmədov çıxacaq. Saat 19:30-da isə Almaniya klubunun baş məşqçisi Martin Şmidt media nümayəndələrinin suallarını cavablandıracaq.

Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq. “Maynts” saat 20:00-da “Bakcell Arena”da, “Qəbələ” isə 19:00-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.

UEFA bu qarşılaşmanı litvalı hakimlər briqadasına həvalə edib. Oyunun baş hakimi Gediminas Majeyka olacaq. Ona Vyautas Şimkus və Vytenis Kazlauskas kömək edəcəklər. 4-cü hakim funksiyasını Vladimir Gerasimov yerinə yetirəcək. Görüşün əlavə köməkçi hakimləri Sergeyus Sliva və Yuri Paskovski olacaq. Hakim-inspektor kimi Bakıya gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi kimi isə hollandiyalı Eugene Vesterink gələcək.