26.09.2016 19:20
2340
2340
İtaliyalı futbol agenti Mino Rayola isveçli ulduz Zlatan İbrahimoviçin ötən yay Pol Poqbanın "Manchester United"ə transferini maraqla gözlədiyini qeyd edib. O, bununla bağlı Hollandiya mətbuatına deyib: "Zlatan mənə deyirdi: "Poqbanı başqa kluba aparmağı ağlına gətirmə, yoxsa ayaqlarını sındıraram". Poqba hələ komandada öz yerini tapmalıdır. Mən onun sol cinahda hücumameyilli yarımmüdafiəçi kimi oynamasını düzgün hesab edirəm. Qüvvəsi, dayanıqlığı və texnikası sayəsində Pol həmin mövqe üçün əvəzedilməz oyunçu olardı. Amma qərarları Mourinyo verir.