27.09.2016 09:32
2094
2094
Madrid "Real"ının hücumçusu Kriştianu Ronaldo "Las Palmas"la oyunun 72-ci dəqiqəsində baş məşqçi Zidanın onu niyə əvəzlədiyini hələ də həzm edə bilmir. Odur ki, o, bu suala cavab axtarmaqda davam edir: "Axı Zidan niyə məhz məni əvəzlədi? Axı mən hər şey etdim, hesabda irəli çıxdıq. O isə məni əvəzlədi. Artıq Zidanın bu hərəkətləri məni boğaza yığıb". Məlumat üçün bildirək ki, bəzi mətbuat orqanlarında bu əvəzləmə ilə bağlı Ronaldonun baş məşqçini söydüyü də vurğulanıb.
Qeyd edək ki, sentyabrın 24-də keçirilmiş "Las Palmas" - "Real" oyunu 2:2 nəticələnib. Meydan sahibləri ikinci qolu məhz Ronaldo əvəzlənəndən sonra, yəni matçın 85-ci dəqiqəsində vurublar.