bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ”, “Sumqayıt” cəzalandırıldı, “İnter”in cəzası rəsmiləşdirildi

27.09.2016 12:16 Oxundu 2157

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Yığıncaqda Topaz Premyer Liqasının III turundan təxirə salınmış “Qəbələ” – “Sumqayıt”, həmçinin VI turun baş tutan 3 matçı ilə bağlı qərarlar verilib.

Qəbələdəki matçda meydançaya azarkeşin daxil olub və nəticədə 1 dəqiqəlik fasilə yaranıb. “Qəbələ” oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov texniki zona qaydaların pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb və klubunu 800 manat ziyana salıb.

VI turun AZAL – “İnter” matçında Peşəkar Futbol Liqasının himninin səslənməməsi və stadionun tablosunun işlək vəziyyətdə olmamasına görə meydan sahiblərinə xəbərdarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubla bağlı daha ciddi tədbir görüləcəkdir.

İclasda FİFA tərəfindən “İnter”ə verilən cəza rəsmiləşib. Ali futbol qurumu sentyabrın 6-da AFFA-ya məktub ünvanlayaraq, FİFA-nın Nizam-İntizam Komitəsinin “İnter” haqqında 26.05.2016-cı il tarixində qərar qəbul etdiyini bildirib.“Bankirlər”lə keçmiş futbolçusu Yohan Bokonyano arasında bağlanmış müqavilə şərtlərinə klubun riayət etmədiyi səbəbindən növbəti iki transfer dövründə yeni futbolçu qeydiyyatına qadağa qoyulması göstərilib. AFFA İntizam Komitəsi də bu qərarı təsdiqləyib və bakılıların növbəti iki transfer dövründə yeni futbolçu qeydiyyatına qadağa qoyulub.