27.09.2016 20:09
2141
2141
Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov ikinci oyununa çıxıb. Qrosmeysterimiz hindistanlı Vişvanatan Anandla qarşılaşıb. İlk görüşdə çinli Li Çao ilə sülhə razılaşan “Şah” bu dəfə dünya çempionuna məğlub olub.
Qeyd edək ki, Məmmədyarov mötəbər yarışın blits turnirini çempion kimi tamamlayıb.