bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Ellerdaysı yola saldılar

28.09.2016 10:02 Oxundu 2060

İngiltərə yığmasının baş məşqçisi Sem Ellerdaysın millidəki fəaliyyəti başa çatıb. Rüşvət qalmaqalında adı hallanan mütəxəssislə İngiltərə Futbol Assosiasiyası müqaviləni qarşılıqlı şəkildə pozmağa razılaşıb.

Qeyd edək ki, Ellerdaysı rüşvətxorluqda “The Daily Telegraph” nəşri günahlandırıb. Nəşrin əməkdaşları özlərini asiyalı biznesmen kimi qələmə verərək, Ellerdaysa İngiltərə “transfer bazarı”nda fırıldaqla pul qazanmaq istədiklərini bildiriblər. Məşqçi ilə danışıq kameraların yaddaşına həkk olunub. 61 yaşlı mütəxəssis 518 min dollar qarşılığında onlara kömək etməyə razılıq verib.