bazar, 03 may 2026

DÜNYA FUTBOLU

Rusiya millisi finala çıxdı

28.09.2016 11:47 Oxundu 2167

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinala start verilib. İlk finalçının adına İran – Rusiya matçında aydınlıq gəlib. Rusiya 4:3 hesabı ilə qalib gələrək tarixində ilk dəfə həlledici matça vəsiqə qazanıb.

Qeyd edək ki, ikinci yarımfinalçı bu gün keçiriləcək Argentina – Portuqaliya görüşündə müəyyənləşəcək.