bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

UEFA prezidenti “Qəbələ” – “Maynts” oyununu izləyəcək

28.09.2016 12:27 Oxundu 2326

UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının “Qəbələ” – “Maynts” (Almaniya) oyununu izləyəcək. Sloveniyalı funksioner sentyabrın 29-da keçiriləcək C qrupunun oyununa 8-ci km qəsəbə stadionunda tamaşa edəcək.

AVRO-2020-nin 4 görüşünə ev sahibliyi edəcək Bakının loqosunun təqdimat mərasiminin qonağı olacaq Çeferin tədbirdən 1 gün əvvəlki matçı izləməyi lazın bilib. O, təqdimat mərasimində iştirak üçün paytaxtımıza səfər edəcək.