2153
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin üzvü və Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti vəzifəsində çalışan İsgəndər Cavadovun yubileyinə həsr olunmuş “№11 İsgəndər Cavadov” kitabının təqdimat mərasimi keçirilib.Tədbirdə kitabın müəllifi, tanınmış televiziya aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sənan Şəfizadə kitabın ərsəyə gəlməsinin hansı zərurətdən doğduğunu bildirib. Sonra AFFA-nın baş katibi Elxan Məmmədov, “№11 İsgəndər Cavadov” kitabının redaktoru, “Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli, futbol veteranı İqor Ponomaryov, Gürcüstan futbolunun əfsanəvi yetirmələri Aleksandr Çivadze və Vladimir Qutsayev, belaruslu veteran futbolçu Andrey Zıqmantoviç və Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev çıxış edərək, İsgəndər Cavadovun futbolçu kimi yüksək keyfiyyətlərini qeyd edib, kitabın çap olunmasının Azərbaycan futbolunun tarixinin gələcək nəsillərə ötürülməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar. İsgəndər Cavadov tədbir iştirakçılarına minnətdarlığını bildirib, futbol sahəsində gördüyü işləri hər zaman yüksək qiymətləndirən ölkə rəhbərliyinə təşəkkür edib.