2035
“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin ikinci turunda sabah İtaliyanın “Fiorentina” klubunun qonağı olacaq. Baş məşqçi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:
“Tarixi olan bir komandaya qarşı oynayacağıq. “Fiorentina” güclü komandadır, futbolçuların hər biri yüksək ustalıq keyfiyyətlərinə malikdir, komanda olaraq da çox təcrübəlidir. Yaxşı nəticə qazanmaq üçün mübarizə aparacağıq. Rəqibin heyətində Kaliniç, İliçiç, Valero və bir neçə təhlükəli futbolçular var. Çalışacağıq ki, sərfəli nəticə ilə qayıdaq”.
Mətbuat konfransında futbolçumuz Əfran İsmayılov da öz fikirlərini bildirib:
“Rəqibimiz çox güclüdür. Biz də xal qazanmaq üçün bura gəlmişik. Baş məşqçimizin verdiyi tapşırıqları düzgün yerinə yetirsək, sərfəli nəticə qazana bilərik. Biz də bunun üçün meydana çıxacağıq. Ümid edirəm, ən azı bir xalla azarkeşlərimizi sevindirəcəyik”.
Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"ın sentyabrın 29-u səfərdə İtaliyanın "Fiorentina" klubuna qarşı matçın baş hakimi Oliver Draxta, yan xətt hakimləri isə Roland Bradner və Stefan Kührdür. Əlavə köməkçi hakimlər isə Manuel Şüttengruber və Dieter Mukenhammerdir. Roland Riedel isə bu matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Hakimlərin işinə kiprli Mixael Arqriu qiymət verəcək, UEFA nümayəndəsi isə ispaniyalı Eduard Dervişay olacaq.
Grup J, 29 sentyabr
21:00. "Fiorentina" - "Qarabağ"
Baş hakim: Oliver Draxta
Yan xətt hakimləri: Roland Brander, Stefan Kür
Köməkçi hakimlər: Manuel Şüttenqruber, Dieter Mukenhammer
Dördüncü hakim: Roland Riedel (hamısı Avstriya)
UEFA nümayəndəsi: Mixael Arqriu (Kipr)
Hakim-inspektor: Eduard Dervişay (İspaniya)