29.09.2016 00:05
2062
2062
Azərbaycan Cüdo Federasiyasının rəsmi internet televiziyası "Cüdo TV" fəaliyyətə başlayıb. "Cüdo TV"də Azərbaycan cüdo aləmində baş verən ən son xəbərlər, daxili və beynəlxalq yarışlardan canlı yayımlar, təlim-məşq toplanışlarından reportajlar sizlərə təqdim olunacaq. Həmçinin hər həftə ölkəmizin tanınmış cüdoçularının iştirakı ilə həftəlik proqram efirə veriləcək.