1832
Ölkə çempionu “Qarabağ” bu gün beynəlxalq arenada növbəti sınağına çıxacaq. Ağdam klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Fiorentina”nın qonağı olacaq. İlk turda Bakıda “Slovan”la heç-heçə edən “Qarabağ”ı bu dəfə daha çətin oyun gözləyir. Ağdam təmsilçisi Florensiyada sürprizə imza atıb qələbə qazansa, bu, İtaliya təmsilçiləri üzərində ilk qələbəmiz kimi tarixə düşəcək.
Avropa Liqası
Qrup mərhələsi
II tur
J qrupu
21:00. “Qarabağ” - “Fiorentina” (İtaliya)
Baş hakim: Oliver Draxta
Baş hakimin köməkçiləri: Roland Brandner, Stefan Kühr
Dördüncü hakim: Roland Ridel
Əlavə köməkçi hakimlər: Manuel Şuttenqruber, Diter Makenhammer (hamısı Avstriya)
Hakim-inspektor: Mihael Arquro (Kipr)
UEFA nümayəndəsi: Eduard Dervişay (İspaniya)
Florensiya. “Artemio Franki” stadionu
|
1 |
Fiorentina |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
|
2 |
Slovan |
1 |
0 |
1 |
0 |
2-2 |
1 |
|
3 |
PAOK |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
|
4 |
Qarabağ |
1 |
0 |
1 |
0 |
2-2 |
1 |
“Qəbələ”ni bu dəfə də çətin sınaq gözləyir
“Qəbələ” də Avroliqanın qrup mərhələsi çərçivəsində bu gün növbəti görüşünü keçirəcək. “Qırmızı-qaralar” Bakıda Almaniyanın “Maynts” klubunu qəbul edəcəklər. İlk turda səfərdə “Anderlext”lə bacarmayan “Qəbələ”ni bu dəfə də çətin sınaq gözləyir. Bununla belə, Roman Qriqorçukun yetirmələri tarixlərində ilk dəfə Avroliqanın qrup mərhələsində qələbə qazanmaq istəyirlər.
Təmsilçimiz bu görüşə itkilərlə çıxacaq. Belə ki, cəzalı Teo Uiks və zədəli Nika Kvekveskiri “qırmızı-qaralar”a vacib qarşılaşmada kömək edə bilməyəcəklər.
Avropa Liqası
Qrup mərhələsi
II tur
C qrupu
19:00. “Qəbələ” – “Maynts” (Almaniya)
Baş hakim: Gediminas Majeyka
Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas
Dördüncü hakim: Vladimir Gerasimov
Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski (hamısı Litva)
Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)
UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)
Bakı. 8-ci km qəsəbə stadionu
|
1 |
Anderlext |
1 |
1 |
0 |
0 |
3-1 |
3 |
|
2 |
Mayns |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
|
3 |
Sent-Etyenn |
1 |
0 |
1 |
0 |
1-1 |
1 |
|
4 |
Qəbələ |
1 |
0 |
0 |
1 |
1-3 |
0 |