bazar, 03 may 2026

DİGƏR NÖVLƏR

ABU “Femina Vize” ilə Bakıda görüşəcək

29.09.2016 08:27 Oxundu 2054

Bakının qadın həndbolçulardan ibarət ABU klubunun “Çelenc cup” turnirinin yeni mövsümündə ilk oyunlarının tarixi dəqiqləşib. Üçüncü raunddan mübarizəyə başlayacaq avrokuboklardakı yeganə təmsilçimiz Belçikanın “Femina Vize” klubu ilə hər 2 görüşünü Bakıda keçirəcək.

Artıq bu barədə qarşılıqlı razılıq əldə edilib. Belə ki, komandalar arasında ilk matç noyabrın 12-də olacaq. “Femina Vize”nin nominal ev sahibi olacağı qarşılaşma saat 17:00-da başlayacaq. Ertəsi gün eyni saatda ikinci oyun təşkil olunacaq.

Görüşlər “ABU Arena”da keçiriləcək.