bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Dieqo Simeone: "Qrizmanna yenə penalti həvalə edəcəyəm"

29.09.2016 10:07 Oxundu 1911

Dünən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Atletiko"- "Bavariya" matçının 84-cü dəqiqəsində "Atletiko"nun hücumçusu Antuan Qrizmann penaltidən yararlana bilmədi. Buna baxmayaraq, oyundan sonra "Atletiko"nun baş məşqçisi Dieqo Simeone onun ünvanına təriflər yağdırıb: "Təəssüf ki, Qrizmann topu qapıdan keçirə bilmədi. Unutmayaq ki, futbolda belə şeylər olur. Belə vəziyyətlə Maradona da, Platini də, Messi də qarşılaşıb. Söhbət dünyanın nə yaxşı futbolçusundan gedir. Qrizmann güclü xarakterə malik oyunçudur. Ona yenə də 11-lik zərbələri həvalə edəcəyəm. Biz onun oyunundan çox razıyıq. O, bu oyunda yarımmüdafiəçi kimi çıxış etdi. Və Vidalın öhdəsindən gəldi. Bir sözlə, Antuan Qrizmannın min cür üstün cəhəti var ki, bu da onu dünyanın ən yaxşı futbolçularından biri edib".

Qeyd edək ki, "Atletiko"- "Bavariya" matçı 1:0 hesabı ilə başa çatıb. Yeganə qolu oyunun 35-ci dəqiqəsində Yannik Karrasko vurub. “Atletiko” “D” qrupunda 6 xalla birinci yerdə qərarlaşıb.