29.09.2016 12:33
4541
4541
Bakının qadınlardan ibarət “Telekom” voleybol komandası İstanbulda “Boğaziçi” beynəlxalq turnirinə qələbə ilə başlayıb. “A” qrupunda yer alan “Telekom” komandası “Sarıyer Bələdiyyəsi” ilə qarşılaşıb. Görüş Bakı təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Telekom” növbəti oyununu “Beşiktaş”a qarşı keçirəcək.
Yarışda Bakı təmsilçisi ilə yanaşı, daha 5 klub yeni mövsüm üçün oyunçularını sınaqdan keçirir. Qonşu ölkədə yerli komandalardan “Əczaçıbaşı”, “Beşiktaş”, “Çanakkale Bələdiyyəsi”, “Halkbank” və “Sarıyer Bələdiyyəsi” Zoran Qayiçin yetirmələrinin rəqibləridir.