29.09.2016 13:03
1995
1995
Argentina milllisinin sabiq baş məşqçisi Sesar Luis Menotti hesab edir ki, millinin oyunçusu Messi kifayət qədər təcrübəli oyunçudur. O, özünün qayğısına qalmağı da bacarmalıdır: "Messi yetkin oğlandır, onun demək olar ki, 30 yaşı var. O, uşaq deyil və qayğısına, sağlamlığına da özü qalmalıdır. O nə zaman oynamğı və riskə getməyi yaxşı bilir. Ona görə də mənə elə gəlir ki, "Barselona"nın onun qayğısına qalmaması barədə gedən söhbətlər olduqca yersizdir. Messi həmişe qalib gəlmək istəyir".
Xatırladaq ki, Argentina millisinin baş məşqçisi Edqardo Bausa Lionel Messini qoruya bilməməsinə görə "Barselona"nı qınamışdı.