bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

“Qəbələ”nin cəhdlərinə baxmayaraq...

29.09.2016 21:43 Oxundu 1912

UEFA Avropa Liqasında qrup mərhələsinin II turuna start verilib. Ötən tur səfərdə “Anderlext”in qonağı olub, səfərdən xalsız dönən (1:3) “Qəbələ” cari mövsümün əsas mərhələsində ilk ev matçına çıxıb. “Qırmızı-qaralar” “Bakcell Arena”da Almaniyanın “Maynts” klubunu qəbul edib. Baş məşqçi Roman Qriqorçuk ilk görüşdə güvəndiyi start “11-liy”inə şans verib.
“Qəbələ” qarşılaşmaya fəal başlayıb. Erkən qol üçün böyük qüvvə ilə irəli atılan “qırmızı-qaralar” bu istəyini reallaşdıra bilməyib. Almaniya klubunun oyunda tarazlıq yaratmasından sonra komandalar qarşılıqlı hücumlara üstünlük veriblər. Lakin real qol vəziyyətləri sarıdan kasad olan ilk yarıda “Qəbələ” fərqlənməyə imkan əldə edib. Komanda yoldaşının ötürməsindən sonra qapıçı ilə üzbəüz qalan Baqali Dabonun fərqlənməsinə qolkiperin onu qabaqlaması imkan verməyib. Hissənin ortalarında “Maynts” topa nəzarəti ələ alsa da, növbəti qol epizodu da qonaqların qapısı önündə yaranıb. Rikardinyonun cinah reydindən sonra qapı önünə göndərdiyi top qapı dirəyindən döndü. Sergey Zenyovun təkrar zərbəsi isə istənilən kimi alınmayıb. Almaniya klubu isə ilk real qol vəziyyətindən maksimum yararlanıb. Qaetan Buysmann müdafiədəki boşluqdan yararlanıb, Yoşinori Mutoya dəqiq ötürmə verib. Cərimə meydanının önündə topu qəbul edən sonuncu bir neçə metr irəliləyərək, uzaq küncə zərbə endirib. Dmitri Bezotosnı topa toxunsa da, qola əngəl ola bilməyib – 0:1. Yaponiyalı fasiləyədək daha bir dəfə çərçivəni nişan alsa da, dəqiq olmayıb.
İkinci hissəyə də qonaqlar daha fəal başlayıb. Komanda yoldaşından ötürmə alan Yunus Mallı qapıçı ilə təkbətək çıxıb. Bezotosnının qaytardığı topu Rafael Santos küncə çıxarıb. Bu epizoddan sonra da almaniyalılar daha çox hücum etsə də, “qırmızı-qaralar”ın əks həmlələri daha təhlükəli alınıb. Həmin əks-hücumlardan birində hesab bərabərləşib. Cərimə meydanına daxil olan Ozobiçi qayda pozuntusu ilə saxlayan rəqib qolkiper sarı vərəqə almaqla yanaşı, penaltiyə səbəb olub. 11 metrlik nöqtəyə yaxınlaşan Ruslan Qurbanov dəqiq olub – 1:1. Az sonra Rikardinyonun ötürməsini saxlamadan qapıya göndərən Rəşad Sadiqov fərqlənməyə yaxın olub. Lakin onun zərbəsində dəqiqlik çatmayıb. Ancaq azarkeşlər komandamızın 2-ci qolunu çox gözləməyib. Sürətli əks-hücum zamanı iki müdafiəçi ilə üz-üzə qalan Baqali Dabo daha əlverişli mövqedə olan Zenyovu tapıb. Önü açıq olan estoniyalı uzaq küncü dəqiq nişan alıb – 2:1. Matçda dönüş yaratmağa çalışan “Maynts” oyunçu dəyişikliklərinə əl atıb. Bu da öz nəticəsini verib. Meydana sonradan daxil olan Con Kordoba künc zərbəsindən sonra hesabda tarazlıq yaradıb – 2:2. Kordoba Mallının künc zərbəsindən sonra Buysmannın ötürməsini dəqiq tamamlayıb. Hücumlarını davam etdirən “Maynts” daha bir qol vurmağı da bacarıb. Meydana sonradan daxil olan Levin Öztunalı fərqlənib. Mallının fəallığı ilə hücumları davam edən almaniyalıların fərqi daha da artırmasına Bezotosnı mane olub. “Qəbələ”nin əks-hücumları isə istənilən qədər təhlükəli alınmayıb. Düzdür, son dəqiqədə Rikardinyonun cərimə zərbəsindən sonra qol vəziyyəti yaratmaq imkanı olub. Lakin hücum dəqiq zərbəylə nəticələnməyib.
Beləliklə, qrup mərhələsində ikinci oyununu keçirən “Qəbələ” 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, “Qəbələ” – “Maynts” matçını UEFA-nın prezidenti Aleksander Çeferin də izləyib.

Avropa Liqası

Qrup mərhələsi

II tur

C qrupu

“Qəbələ” – “Maynts” (Almaniya) - 2:3

Qollar: Ruslan Qurbanov, 57 (pen.), Zenyov, 62 - Muto, 42, Kordoba, 68, Levin Öztunalı, 78

Baş hakim: Gediminas Majeyka

Baş hakimin köməkçiləri: Vitautas Şimkus, Vitenis Kazlauskas

Dördüncü hakim: Vladimir Gerasimov

Əlavə köməkçi hakimlər: Sergeyus Sliva, Yuri Paskovski (hamısı Litva)

Hakim-inspektor: Levan Paniaşvili (Gürcüstan)

UEFA nümayəndəsi: Eugen Vesterink (Hollandiya)

Bakı. 8-ci km qəsəbə stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 44. Rafael Santos
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç (q), 4. Elvin Camalov, 11. Asif Məmmədov, 13. Murad Musayev, 21. Roman Hüseynov, 30. Petar Franyiç, 34. Urfan Abbasov

Baş məşqçi: Roman Qriqorçuk

“Maynts”: 1. Yonas Lössl, 5. Xose Rodrides, 9. Yoşinori Muto, 10. Yunus Mallı, 16. Stefan Bell (k), 18. Daniel Brosinski, 20. Fabian Frey, 24. Qaëtan Bussmann, 27. Kristian Klemens, 32. Pablo De Blasis, 42. Aleksander Hak

Ehtiyat oyunçular: 33. Hut Yannik, 2. Donat Giulio, 8. Öztunalı Levin, 15. Kordoba Con, 21. Kərim Onisivo, 26. Bunqert Niko, 45. Sərdar Suat

Baş məşqçi: Martin Şmitd

1

Maynts

2

1

1

0

4-3

4

2

Anderlext

1

1

0

0

3-1

3

3

Sent-Etyenn

1

0

1

0

1-1

1

4

Qəbələ

2

0

0

2

3-6

0