bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Məmmədyarov qələbə qazandı

29.09.2016 22:11 Oxundu 1967

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov üçüncü oyununa çıxıb.Qrosmeysterimiz israilli Boris Qelflandla qarşılaşıb. İlk iki oyunda çinli Li Çao ilə heç-heçə edib, hindistanlı Vişvanatan Ananda uduzan “Şah” bu dəfə qələbə sevinci yaşayıb.Təmsilçimiz görüşün 28-ci dəqiqəsində rəqibin təslim olması ilə ilk qələbəsini rəsmiləşdirib.