2073
Bu gün Topaz Premyer Liqasında VII tura start veriləcək. Oyunlar 3 gün davam edəcək.İlk oyun günündə bir matç baş tutacaq. Ötən mövsümün gümüş mükafatçısı “Zirə” “İnter”ə qonaq olacaq. Bu il çempionata uğurlu start verən “bankirlər” liderlər qrupunda qərarlaşıb.Zaur Svanadzenin yetirmələri ən az bir gün lider olmaq üçün mütləq qələbə qazanmalıdı. Əgər bu, baş versə, meydan sahibləri həm də qələbə seriyasını 4-ə çıxaracaq. Son 3 matçda qola da, xala da həsrət qalan zirəlilər isə istefası gündəmdə olan Adil Şükürovu postunda saxlamaq üçün uğurlu nəticə qazanmağa borcludu. Əks halda isə qəsəbə təmsilçisi çalışdırıcısını itirə bilər.
Topaz Premyer Liqası
VII tur
30 sentyabr (cümə)
“İnter” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Knyaz Əmiraslanov, Azər Əsgərov, Vüsal Qənbərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Əli Hüseynov
“İnter Arena”, 15:00