çərşənbə axşamı, 20 yanvar 2026

BİZİM FUTBOL

“Təyyarəçilər” son pilləni “Neftçi”yə təhvil verəcək?

01.10.2016 10:18 Oxundu 1801

Bu gün Topaz Premyer Liqasında VII turun daha iki qarşılaşması keçiriləcək. İkinci oyun günündə turnir cədvəlində liderlərdən uzaq düşən komandalar meydana çıxacaq. Çempionatın autsayderi AZAL “Sumqayıt”la səfər oyununda qələbəsizliyə son qoymağa çalışacaq. “Təyyarəçilər” 10 oyunluq seriyanı qırsa, son pilləni ölkənin ən titullu klubu “Neftçi”yə təhvil verəcək. Sumqayıtlılar isə 4-cü pillədəki mövqeyini qorumaq üçün turu itkisiz başa vurmalıdı.

Günün ikinci oyununda isə “ağ-qaralar” çempionata o qədər uğurlu start verə bilməyən “Kəpəz”i qəbul edəcəklər. Ölkənin iki ən köklü klubunun qarşılaşması hər iki tərəf üçün uğrusuzluğa son qoymaq baxımından olduqca önəmlidir. Gəncəlilər qələbə qazanacaqları halda turnir cədvəlində irəliləyə biləcəklər. “Neftçi” isə 5 oyunluq ardıcıl məğlubiyyətlər rekordunu yeniləməmək üçün doğma azarkeşlər önündə qələbə qazanmalıdır. Elxan Abdullayevin baş məşqçi vəzifəsinə gəlməsindən sonra xal qazanmayan paytaxt futbolçuları “qara zolaq”dan çıxmaq üçün əzəli rəqibini keçməlidi.

Topaz Premyer Liqası

VII tur

01 oktyabr (şənbə)

19:00. “Neftçi” – “Kəpəz”

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Əhmədağa Cabbarov

“Əlincə Arena”

17:00. “Sumqayıt” – AZAL

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Kərim Ağayev

Sumqayıt şəhər stadionu

Turnir cədvəli

1

Qəbələ

6

5

1

0

17-0

16

2

İnter

7

4

3

0

12-7

15

3

Qarabağ

6

4

1

1

15-3

13

4

Sumqayıt

6

2

1

3

5-8

7

5

Kəpəz

6

1

4

1

6-6

7

6

Zirə

7

2

1

4

5-9

7

7

Neftçi

6

1

0

5

4-16

3

8

AZAL

6

0

1

5

2-17

1

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 6.