2007
“Barselona”nın yarımmüdafiəçisi Arda Turan Türkiyə millisində karyerasını başa vurmağa hazırlaşır. Bu haqda “Fanatik” qəzeti məlumat yayıb. Ardanın belə bir qərar verməsinə millinin baş məşqçisi Fatih Terimin növbəti dəfə onu (Ukrayna və İslandiya ilə oyunlar üçün) komandaya dəvət etməməsi səbəb olub. Onun gələn həftənin əvvəli bununla bağlı qərarı açıqlayacağı gözlənilir”.
Xatırladaq ki, F.Terimlə Arda Turan arasında münaqişə “Avro-2016”da mükafat məsələsinə görə yaranıb. Bundan sonra “Barselona”lı futbolçu yaxşı oyun göstərməsinə baxmayaraq milliyə dəvət edilməyib. Fatih Terim Ardaya xitabən “Türk xalqından üzr istəmələri” lazımdır fikrinə Arda qatıldığı bir televiziya verilişində “Mən üzr istəniləcək bir şey etməmişəm” cavabını verib.