2143
Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib. Sumqayıtın eyniadlı komandası AZAL-la üz-üzə gəlib. Matç qollu heç-heçə ilə başa çatıb. Mövsümün startından indiyədək qalibiyyət sevinci yaşamayan çempionatın autsayderi AZAL bu oyunda da bir xalla kifayətlənməli olub.
Belə ki, qarşılaşmada hesabı AZAL futbolçuları açıb. İlqar Ələkbərov 9-cu dəqiqədə başı ilə topu qapıya yönəldib. İlk hissə qonaqların 1:0 üstünlüyü ilə yekunlaşıb. İkinci hissədə hücumlarını artıran meydan sahibləri 83-cü dəqiqədə istəyinə çatıb. Mirabdulla Abbasov baxımlı zərbə ilə topu doqquzluğa göndərib-1:1. Qalan vaxtda komandaların heç biri fərqlənə bilməyib.
Beləliklə, 8 xalı olan “Sumqayıt”ın dördüncü pillədəki mövqeyi dəyışməyib. AZAL isə turnirin sonuncusu olmaqda davam edir.
“Sumqayıt” – AZAL - 1:1
Qollar: Mirabdulla Abbasov, 83 - İlqar Ələkbərov, 9
Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
Sumqayıt şəhər stadionu
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 14. Bəxtiyar Həsənalızadə, 19. Azər Salahlı, 25. Ayaz Mehdiyev, 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 8. Nicat Muxtarov, 17. Vaquf Güləliyev, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 42. Kamran Abdullazadə, 66. Afşin Esmaeilzadeh
Baş məşqçi: Samir Abasov
AZAL: 23. Aqil Məmmədov, 3. Tural Hümbətov, 5. Kamil Hüseynov, 18. Ruslan Əmircanov, 24. Emin Cəfərquliyev (k), 7. Kamal Mirzəyev, 14. İlqar Ələkbərov, 10. Nuqzar Kvirtiya, 11. Ruslan Nəsirli, 77. Adan Koronado, 21. David Canelidze
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 4. Qvanzav Maqomedov, 19. Elnur Süleymanov, 95. Şirməmməd Məmmədov, 15. Brayn Fok, 9. Röyal Nəcəfov, 88. Mirzağa Hüseynpur
Baş məşqçi: Tərlan Əhmədov