1909
Oktyabrın 1-də futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib. Günün son matçında “Neftçi” “Kəpəz”i qəbul edib. Masazır qəsəbəsində yerləşən “Əlincə Arena”da keçirilən qarşılaşma paytaxt klubunun hücumları ilə başlayıb. Oyunun 14-cü dəqiqəsində Denilson Pereyra gəncəlilərin qapısından ilk topu keçirib. Katalin Tira isə oyunun sonuna əlavə olunmuş vaxtda hesab arasındakı fərqi artırıb - 2:0.
Beləliklə, “Neftçi” cari mövsümdə ikinci qələbəsini qazanaraq 6 xalla turnir cədvəlinin 7-ci pilləsinə yüksəlib.
Tura sabah keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu ilə yekun vurulacaq.
Topaz Premyer Liqası
VII tur
01 oktyabr (şənbə)
“Neftçi” – “Kəpəz” - 2:0
Qollar: Denilson Fereyra, 14, Tira, 90+2
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Əlincə Arena”
“Neftçi”: 1. Krşevan Santini, 3. Jayro Filyo Rodriges, 10. Cavid İmamverdiyev, 27. Məqsəd İsayev, 7. Araz Abdullayev (k), 4. Rahil Məmmədov, 80. Edson Kastilya, 30. Dario Melnyak, 9. Katalin Tira, 99. Denilson Pereyra, 23. Tərzin Cahangirov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 19. Fəhmin Muradbəyli, 26. Kamal Qurbanov, 20. Eltun Yaqublu, 17. Rəhman Hacıyev, 95. Elvin Bədəlov, 6. Vançe Şikov
Baş məşqçi: Elxan Abdullayev
“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 15. Azad Kərimov, 36. Renan Silva, 13. Şəhriyar Rəhimov, 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 10. Dario Federiko, 5. Kərim Diniyev, 19. Orxan Əliyev, 90. Julien Ebah
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 21. Novruz Məmmədov, 6. Ceyhun Cavadov, 9. Tural Qürbətov, 23. Tural Nərimanov, 80. Tural Rzayev, 16. Emin Zamanov
Baş məşqçi: Şahin Diniyev