02.10.2016 09:50
2190
2190
Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov beşinci oyununa çıxıb. Qrosmeysterimiz Pyotr Svidler ilə üz-üzə gəlib. Gərgin keçən görüşdə qalib müəyyənləşməyib. Tərəflər 50-ci gedişdə bərabərliyə razılaşaraq xalları yarı bölüblər. Qeyd edək ki, 5 oyundan sonra aktivində 2,5 xal olan “Şah” 5-7-ci yerləri bölüşür. Lider isə 4 xalla Aniş Qiridir.