bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Argentina dünya çempionu oldu

02.10.2016 10:07 Oxundu 1955

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının qalibi müəyyənləşib. Həlledici görüşdə Rusiya və Argentina yığmaları üz-üzə gəlib.

Qarşılıqlı qollar şəraitində keçən görüşdə qapılara 9 qol vurulub. Yekunda 5:4 hesabı ilə qalib gələn Argentina millisi mundialın qalibi olub.

Bürünc mükafatı isə İran yığması qazanıb.

Qeyd edək ki, Azərbaycan millisi mundialda 1/4 finala qədər yüksəlib və yarımfinala gedən yolda Portuqaliya yığmasına 2:3 hesabı ilə məğlub olub.



Final

Rusiya - Argentina - 4:5
Qollar:
Eder Lima, 15,23; 21,18, 39,41; Liskov, 38,56 - Vaporaki, 15,49; 38,19, Kuzzolino, 19,32, Brandi, 21,35; 22,33