bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

"Qarabağ" meydanı başıaşağı tərk etdi

02.10.2016 20:02 Oxundu 2038

Bu gün Topaz Premyer Liqasında VII tura və ilk dövrəyə yekun vurulub. Həftənin son matçı Qəbələ baş tutub. “Qarabağ”la “Qəbələ” turun mərkəzi oyununda üz-üzə gəliblər.8 oyundu uduzmayan və qol buraxmayan “qırmızı-qaralar” son 4 turda xal da itirməyib.Meydan sahibləri matça fəal başlayıb. 11-ci dəqiqədə Filip Ozobiç uzaq məsafədən baxımlı qola imza atıb. Bundan 3 dəqiqə sonra isə Baqali Dabo ikinci dəfə qonaqları məyus edib. Matçın sonuna kimi başqa qol olmayıb.Qeyd edək ki, bu oyundan sonra milli komandaların matçları ilə əlaqədar Topaz Premyer Liqasında fasilə yaranacaq.

Topaz Premyer Liqası

VII tur

02 oktyabr (bazar)

“Qəbələ” – “Qarabağ” - 2:0

Qollar: Ozobiç, 11, Dabo, 14

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

Hakim-inspektor: Rövşən Əhmədov

Qəbələ şəhər stadionu

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 27. Teo Uiks, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20. Rikardinyo, 21. Roman Hüseynov, 44. Rafael Santos
Baş məşqçi: Roman Qriqorçuk

“Qarabağ”: 1. Boyan Şaranov, 2. Qara Qarayev, 6. Dino Ndlovu, 10. Muarem Muarem, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda (k), 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev, 8. Migel Markos Madera, 9. Reynaldo, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov
Baş məşqçi: Qurban Qurbanov

Turnir cədvəli

1

Qəbələ

7

6

1

0

19-0

19

2

İnter

7

4

3

0

12-7

15

3

Qarabağ

7

4

1

2

15-5

13

4

Sumqayıt

7

2

2

3

6-9

8

5

Kəpəz

7

1

4

2

6-8

7

6

Zirə

7

2

1

4

5-9

7

7

Neftçi

7

2

0

5

6-16

6

8

AZAL

7

0

2

5

3-18

2

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7.