bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Kamran Ağayev komandanı ruhlandırıb

03.10.2016 09:22 Oxundu 1892

"Boavişta"nın baş məşqçisi Ervin Sançes Portuqaliya çempionatının 7-ci turunda "Moreyrense"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib. O deyibki, qapıçıları Kamran Ağayevin penaltini qaytarmasından sonra komandası daha güclü oynamağa başlayıb: "Penalti epizodundan sonra komandamız qadir olduğundan da güclü oldu. Nəticədə lazımı vaxtda qol vurduq. Bu, çoxdan gözlədiyimiz qələbə idi. Oyunçularım və azarkeşlər bu qələbəyə layiq idilər. Qalib gəlməyimizin bir səbəbi də çalışqanlığımız idi və komandamız çox yaxşı mübarizə apardı. Bu qələbəni klubun prezidenti Joao Lourerioraya həsr edirik. Ona şəfa diləyirik".

Qeyd edək ki, "Boavişta" ilk qolu Kamran Ağayevin penaltini dəf etməsindən cəmi 4 dəqiqə sonra vurub.