bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Azərbaycan Kuboku uğrunda 19 komanda yarışacaq

03.10.2016 15:40 Oxundu 1907

Azərbaycan Kubokunda 2016/2017-ci illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşdi. Tədbir 6 oktyabr saat 12:00-da AFFA-nın inzibati binasında keçiriləcək. Bu il Azərbaycan Kuboku uğrunda 19 komanda yarışacaq. Tam siyahı belədir: “Qarabağ”, “Zirə”, “Qəbələ”, “İnter”, “Kəpəz”, “Neftçi”, AZAL, “Sumqayıt”, “Rəvan”, “Qaradağ Lökbatan”, “Ağsu”, MOİK, “Şəmkir”, “Zaqatala”, “Turan Tovuz”, “Bakılı”, “Şahdağ”, “Şərurspor”, “Səbail”.