2000
Topaz Premyer Liqasının I dövrəsində hakimlər 108 vərəqə göstərib. apasport.az saytının məlumatına görə, 7 turun 28 qarşılaşmasındakı cəzalardan 2-si qırmızı, 106-sı sarı olub. Meydan sahibləri 51, qonaqlar 57 dəfə cəzaya məruz qalıb ki, qırmızı vərəqələr də tərəflər arasında bərabər bölünüb. Meydandan qovulmaların hər ikisi eyni matça təsadüf edib. Bu, ilk turun AZAL – “Neftçi” qarşılaşmasında baş verib. Hər komandanın bir oyunçusu qırmızı vərəqə alsa da, meydan sahibləri birbaşa, qonaqlar isə ikinci sarı vərəqə üzündən bu cəzaya layiq görülüb. Sonrakı 6 turda isə hakimlər belə sərt tədbirə əl atmayıb. Mövsümün arxada qalan hissəsində ən intizamsız komanda “İnter”di. Bakılılar 25 xəbərdarlıq alıb. AZAL 16 sarı və 1 qırmızı vərəqə ilə cəzalanmaqla, intizamsızlar sırasında ikincidi.
“Qəbələ”, “Zirə” və “Sumqayıt” isə eyni sayda – hərəyə 15 xəbərdarlıq alıb. “Neftçi” isə qırmızıdan başqa 7 sarı ilə cəzalanıb.
Çempionatın ən intizamlı komandaları “Qarabağ”la “Sumqayıt”dı. Turnir cədvəlinin qonşuları hərəyə 7 dəfə cəzalanıb.
Futbolçulara gəlincə, yalnız “Kəpəz”li Serjinyo 4 sarı vərəqə alıb, cəzalı duruma düşüb. O, qırmızı vərəqə alan Jairo Rodriges (“Neftçi”) və Ruslan Nəsirlidən (AZAL) sonra cəzalı duruma düşən 3-cü futbolçudu.
Lakin cəzanın astanasında olan 6 oyunçu da var. Hərəyə 3 sarı vərəqə alan bu futbolçular növbəti xəbərdarlıqdan sonra matç buraxmalı olacaq.
Bu təhlükəyə yaxın olanlar Fuad Bayramov, Səlahət Ağayev, Zurab Xizanişvili (hamısı “İnter”), Təmkin Xəlilzadə, Vüqar Mustafayev (hər ikisi “Zirə”) və Ürfan Abbasovdu (“Qəbələ”).
Mövsümdə 2 dəfə qarşılaşma vərəqəsiz başa çatıb. “Sumqayıt” – “Qarabağ” və “Qarabağ” – “Neftçi” matçlarında hakimlərə vərəqə lazım olmayıb. Bu qarşılaşmaları müvafiq olaraq, Rəvan Həmzəzadə və Əliyar Ağayev idarə ediblər.
“İnter” – “Kəpəz” matçı isə rekord sayda – 10 vərəqə ilə yadda qalıb. Ömər Paşayev meydan sahiblərinə 8, qonaqlara 2 xəbərdarlıq etməyi lazım bilib.
I dövrədə 9 referi baş hakim kimi meydana çıxıb. FİFA referiləri Əliyar Ağayevlə Rəhim Həsənov hamıdan çox – hərəyə 5 dəfə meydana çıxıblar. Fariz Yusifovun hesabında 4 oyun var.
|
Hakimlər |
oyun |
vərəqə (qırmızı) |
|
Əliyar Ağayev |
5 |
14 |
|
Rəhim Həsənov |
5 |
22 (2) |
|
Fariz Yusifov |
4 |
14 |
|
Ramil Diniyev |
3 |
10 |
|
Rauf Cabbarov |
3 |
13 |
|
İnqilab Məmmədov |
2 |
10 |
|
Ömər Paşayev |
2 |
15 |
|
Orxan Məmmədov |
2 |
6 |
|
Rəvan Həmzəzadə |
2 |
4 |
7 tur ərzində cəmi 5 penalti təyin edilib. Bunlardan 4-ü dəqiq olub. “İnter”, “Kəpəz”, “Neftçi” və “Zirə” şansdan yararlanıbsa, “Qəbələ” imkanı boşa verib.
11 metrlik cərimə zərbəsi ilə yalnız iki komanda cəzalanıb. “İnter”in qapısına 3, AZAL-ın əleyhinə 2 belə cəza verilib. Lakin hər komanda 2 qol buraxıb. Belə ki, “Qəbələ”li Nika Kvekveskiri məhz “İnter”lə matçda şansı qaçırıb.