2006
Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə start veriləcək. Yarış V qrupun oyunları ilə başlayacaq. Litvada baş tutacaq ilk qarşılaşmada Azərbaycan millisi meydana çıxacaq. Nazim Süleymanovun yetirmələri Avstriya ilə görüşəcək. Elit-raunda vəsiqə uğrunda mübarizə aparacaq komandamız ilk iki yerdən birini tutmağa çalışacaq. Çünki növbəti mərhələyə 13 qrupun hərəsində ilk iki yeri tutanlar, həmçinin ən yaxşı 3-cü yer sahibi vəsiqə əldə edəcək. Mariampol şəhərində eyni adlı klubun stadionunda baş tutacaq Azərbaycan – Avstriya matçı Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, qrupun digər matçında Litva ilə Bosniya və Herseqovina yığmaları münasibətlərinə aydınlıq gətirəcəklər.
19 yaşadək futbolçular arasında Avropa çempionatı
V qrup
I tur, 4 oktyabr
15:00. Avstriya – Azərbaycan
Hakimlər: Conatan Lardot, Frederik Qodelayn (hər ikisi Belçika), Vitis Snarskis, Manfredas Lukyançiukas (hər ikisi Litva)
Hakim-isnpektor: Yan Veqeref (Hollandiya)
Mariampol. “Mariampol” stadionu