bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

"Məqsədimizə nail olmaq istəyiriksə..."

04.10.2016 10:42 Oxundu 2025

.Norveç yığması dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyunlarını Azərbaycan və San Marinoya qarşı keçirəcək. Bu görüşlərlə bağlı yerli mətbuata açıqlama verən Norveç millisinin baş məşqçisi Per-Matias Hoqmo xal itirmək fikrində olmadıqlarını bildirib: “Məndə əminlik var ki, hər iki görüşdə qələbə qazanacağıq. Başqa yolumuz da yoxdu. Məqsədimizə nail olmaq istəyiriksə, həm Azərbaycan, həm də San Marinonu məğlub etməliyik”. 56 yaşlı mütəxəssis yer aldıqları C qrupunu ilk iki pillədə tamamlamaq niyyətində olduqlarını da vurğulayıb: “Almaniya yenilgisindən sonra tənqid obyektinə çevrildiyimi bilirəm. Amma heç vaxt postumu itirməkdən qorxmamışam. İndi bütün diqqətimizi seçmə mərhələ oyunlarına yönəltmişik. Bizim istəyimiz Rusiyada keçiriləcək dünya çempionatının final mərhələsində iştirak etməkdi. Bunun üçün də sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, oktyabrın 8-də Bakıda Azərbaycan millisinin qonağı olacaq norveçlilər bundan 3 gün sonra Osloda San Marinonu qəbul edəcəklər.