05.10.2016 02:26
2282

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan - Norveç oyununun hakimləri açıqlanıb. Belə ki, C qrupunda keçiriləcək görüşdə israilli ədalət təmsilçiləri iş başında olacaqlar. Matçın baş hakimi Liran Liani olacaq. Ona David Elyas Bitton, Nissan Davidi kömək edəcək. Dördüncü hakim funksiyasını isə Eytan Şmuelevitz yerinə yetirəcək.Onların işinə isə Lüksemburq federasiyasından Çarles Şaak qiymət verəcək. Qeyd edək ki, Azərbaycan - Norveç oyunu oktyabrın 8-i, saat 20:00-da başlayacaq.