bazar ertəsi, 19 yanvar 2026

ŞAHMAT

"Şah" yarım xalla razılaşdı

05.10.2016 02:30 Oxundu 2050

Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir davam edir. Azərbaycan millisinin lideri "Şah" ləqəbli Şəhriyar Məmmədyarov da mötəbər yarışda yeddinci oyununa çıxıb.Qrossmeysterimiz erməni şahmatçı Levon Aronyanla üz-üzə gəlib. Görüş bərabərliklə yekunlaşıb. Tərəflər 40-cı dəqiqədə hərəyə yarım xala razılaşıblar. Qeyd edək ki, 7 oyundan sonra hesabında 3 xal olan Məmmədyarov 8-ci pillədə qərarlaşıb.