05.10.2016 02:45
1991
1991
Çexiya millisinin baş məşqçisi Karel Yarolim komandasını qarşıda gözləyən oyunlar barədə danışıb. DÇ-2018-in seçmə mərhələsində rəqiblərimizdən olan çexlərin çalışdırıcısı oktyabrın 11-də millimizlə baş tutacaq oyunda sürprizə inanmadığını deyib: "Bizi Almaniya və Azərbaycana qarşı fərqli oyunlar gözləyir. Almaniya ilə oyun çox çətin keçəcək. Onlar qrupda hamı üçün problemdir, səddir. Əgər səfərdə xal qazansaq, çox xoşbəxt olacam. Azərbaycanla qarşılaşma fərqli xarakterə malikdir. Almaniya yığmasını məğlub etmək nə qədər çətindirsə, Azərbaycan millisini udmaq o qədər asan olmalıdır. Çünki Azərbaycanın bizim üçün sürpriz edəcək gücü yoxdur".