2155
Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmaları Litvada təşkil olunan V qrupunda II turun oyunları keçiriləcək. Azərbaycan millisinin çıxış etdiyi qrupun ikinci oyun günü yığmamızın görüşü ilə başlayacaq. Nazim Süleymanovun yetirmələri Bosniya və Herseqovina ilə üz-üzə gələcək. İlk turda Avstriyaya 1:4 hesabı ilə uduzan komandamız növbəti mərhələ şanslarını qorumaq üçün bu görüşdən xalla ayrılmalıdı. Əks halda isə yığmamızın durumunu daha da ağırlaşdıracaq.
İki gün öncə meydan sahiblərinə 3 cavabsız qol vuran balkanlılar isə 2-ci qələbəsini qazanmağa çalışacaq. Bu görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Qrupun digər oyununda Avstriya və Litva qarşılaşacaq. Bu matç 18:00-da start götürəcək.
Qeyd edək ki, elit-raunda hər qrupda ilk 2 yeri tutan komandalar, həmçinin ən yaxşı 3-cü yer sahibi yüksələcək.
19 yaşadək futbolçular arasında Avropa çempionatı
V qrup
II tur, 6 oktyabr
15:00. Bosniya və Herseqovina - Azərbaycan
Hakimlər: Conatan Lardot, Frederik Qodelayn (hər ikisi Belçika), Vitis Snarskis, Manfredas Lukyançiukas (hər ikisi Litva)
Hakim-isnpektor: İvan İşenko (Ukrayna)
Mariampol. “Mariampol” stadionu
|
1 |
Avstriya |
1 |
1 |
0 |
0 |
4-1 |
3 |
|
2 |
Bosniya və Herseqovina |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
|
3 |
Azərbaycan |
1 |
0 |
0 |
1 |
1-4 |
0 |
|
4 |
Litva |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |