bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Klublar 3 komandanın elitaya vəsiqə qazanmasının əleyhinədir

06.10.2016 15:53 Oxundu 1987

AFFA Klublar Komitəsinin (KK) bu gün keçirilən iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də Topaz Premyer Liqasındakı komandaların sayı olub. Bunu komitə sədri Fikrət Hüseynov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, klublar I diviziondan birbaşa 3 komandanın elitaya vəsiqə qazanmasının əleyhinədi: “Hazırkı Əsasnaməyə görə, Topaz Premyer Liqasını 1 klub tərk etməli, I diviziondan isə 3 komanda elitaya gəlməlidi. Etiraf edək ki, bu gün infrastrukturu olan 8 klub Premyer Liqada toplaşıb. Bununla bağlı müzakirə aparıb yekdil bir qərar qəbul etdik. Həmin qərarı da yazılı şəkildi təklif kimi AFFA İcraiyyə Komitəsinə təqdim edəcəyik. Təklifimiz budu ki, I divizionda ilk iki yeri tutan komandalar elitaya birbaşa vəsiqə qazansınlar, 3-cü yerlə Premyer Liqanın sonuncusu arasında isə pley-off oyunları keçirilsin”. Qeyd edək ki, Topaz Premyer Liqasında geridə qalan 8 turdan sonra AZAL turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.