bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Komandamız hesabı qoruya bilmədi

06.10.2016 16:09 Oxundu 1967

Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmaları Litvada təşkil olunan V qrupunda II turun oyunlarına start verilib. Azərbaycan millisinin çıxış etdiyi qrupun ikinci oyun günü yığmamızın görüşü ilə başlayıb. Nazim Süleymanovun yetirmələri Bosniya və Herseqovina millisi ilə üz-üzə gəlib. İlk turda Avstriyaya 1:4 hesabı ilə uduzan komandamız bu dəfə də meydanı başıaşağı tərk edib.Düzdü, ilk yarıda məğlub duruma düşən yığmamız fasilədən sonra Murad Xaçayevin qolu ilə hesabda tarazlıq yarada bilib. Lakin komandamız bu hesabı qoruya bilməyərək, oyunun sonlarında daha bir top buraxıb – 1:2.

Beləliklə, Litvada ikinci məğlubiyyətini alan yığmamız növbəti mərhələ şanslarını minimuma endirib. Son turda Litva ilə qarşılaşacaq yığmamız yalnız hadisələrin uğurlu axarına ümid edə bilər. Çünki elit-raunda hər qrupda ilk 2 yeri tutan komandalar, həmçinin ən yaxşı 3-cü yer sahibi yüksələcək.

Qeyd edək ki, turun ikinci oyununda Avstriya ilə Litva üz-üzə gələcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

19 yaşadək futbolçular arasında Avropa çempionatı

V qrup

II tur, 6 oktyabr

Bosniya və Herseqovina - Azərbaycan - 2:1

Qollar: Amar Sulyiç, 43, Bencamin Hadziç, 81 - Murad Xaçayev, 68

Hakimlər: Conatan Lardot, Frederik Qodelayn (hər ikisi Belçika), Vitis Snarskis, Manfredas Lukyançiukas (hər ikisi Litva)

Hakim-isnpektor: İvan İşenko (Ukrayna)

Mariampol. “Mariampol” stadionu

1

Bosniya və Herseqovina

2

2

0

0

6-2

6

2

Avstriya

1

1

0

0

3-0

3

3

Litva

1

0

0

1

0-3

0

4

Azərbaycan

2

0

0

2

2-6

0