06.10.2016 23:58
2072
2072
Rusiyanın paytaxtı Moskvada Mixael Talın xatirəsinə həsr olunmuş beynəlxalq turnir sona çatıb. Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov mötəbər yarışın son oyununda Vladimir Kramniklə üz-üzə gəlib. Qrossmeysterimiz turniri qələbə ilə başa vurub. “Şah”ın rusiyalı rəqibi 42-ci gedişdə məğlubiyyətlə barışmalı olub. Qeyd edək ki, 9 oyundan sonra 4.5 xal toplayan Məmmədyarov yekun sıralamada 5-8-ci yerləri bölüşüb. Qalib isə, 6 xalla Yan Nepominayişi olub.