bazar ertəsi, 19 yanvar 2026

DÜNYA FUTBOLU

Fabio Kapello: "İndi Ronaldo yaxşı formada deyil"

07.10.2016 07:41 Oxundu 2049

Madrid "Real"ının sabiq baş məşqçisi Fabio Kapello forvard Kriştiano Ronaldonun kral klubundakı rolundan danışıb:

"Hazırda Ronaldo "Real" üçün problemdir. Belə ki, o , komandanın ən yaxşı futbolçusudur, lakin indi yaxşı formada deyil".

Təcrübəli mütəxəssis bildirib ki, Ronaldonun Avropa çempionatının final görüşündə Fransa ilə oyunda aldığı zədə onun şəxsi performansını sərgiləməsinə də mane olur: "Dizində problem olduğu üçün o, oyunu balanslaşdıra bilmir. Mən onun qapıya vura bilmədiyi zərbələri görürəm. O, heç vaxt zərbələri yayındırmırdı".

Qeyd edək ki , Fabio Kapello 1996-1997 və 2006-2007-ci illərdə Madrid "Real"ının "sükanı arxasında" olub.