bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Komandamız Finlandiya ilə üz-üzə gələcək

07.10.2016 09:15 Oxundu 2221

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. VII qrupda mübarizə aparan Azərbaycan millisi AÇ-2017-nin seçmə mərhələsində son matçına çıxacaq. Yaşar Vahabzadənin yetirmələri tsikli səfərdə başa vuracaq. Komandamız Helsinkidə Finlandiya ilə üz-üzə gələcək. Rusiya ilə 4-cü yer uğrunda qiyabi mübarizə aparan yığmamız hazırda qərarlaşdığı bu mövqeyini qorumaq üçün xal qazanmağa çalışacaq. Qarşılaşma millimiz üçün tarixi nəticə ilə də əlamətdar ola bilər. Komandamız qələbələrini 3-ə, xalını 11-ə, qol sayını 10-a çatdırıb, rekordlar vurmaq iddiasındadı. Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Qeyd edək ki, günün digər iki oyununda Farer adaları Avstriyanı, Almaniya Rusiyanı qəbul edəcək.

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi

VII qrup

7 oktyabr

19:30. Finlandiya – Azərbaycan

Baş hakim: Peter Kyaesqaard-Andersen

Baş hakimin köməkçiləri: Henrik Sonderbyu, Yakob Bille

Dördüncü hakim: Sandi Putros (hamısı Danimarka)

Hakim-inspektor: Albano Yanku (Albaniya)

UEFA nümayəndəsi: Tomaş Karpaviçyus (Litva)

Helsinki. “Toolon jalkapallostadion” stadionu

1

Almaniya

8

8

0

0

27-4

24

2

Avstriya

8

6

1

1

20-8

19

3

Finlandiya

8

4

0

4

12-9

12

4

Azərbaycan

9

2

2

5

8-19

8

5

Rusiya

8

2

2

4

11-14

8

6

Farer adaları

9

0

1

8

3-27

1