bazar, 03 may 2026

BİZİM FUTBOL

Rövnəq Abdullayev millinin üzvləri ilə görüşüb

07.10.2016 21:48 Oxundu 2266

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. AFFA prezidenti DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Norveç yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb.

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.