bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Stiven Siqal millimizin hazırlıq prosesini izləyib

08.10.2016 00:59 Oxundu 2114

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə qarşılaşacaq milli komandamızın açıq məşqində dünya şöhrətli qonaq da var idi. Məşhur aktyor Stiven Siqal hazırlıq prosesini izləyənlər arasında olub. O, AFFA rəhbərliyi ilə birlikdə bir müddət hazırlıq prosesini izləyib, futbolçular və baş məşqçi Robert Prosineçki ilə söhbətləşib. Qeyd edək ki, Azərbaycan – Norveç oyunu bu gün saat 20:00-da başlayacaq.