2104
Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək. Yığmamız DÇ-2018-in seçmə mərhələsində 2-ci matçına çıxacaq. UEFA zonasının C qrupunda mübarizə aparan komandamız Norveç yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda baş tutacaq görüş Robert Prosineçkinin yetirmələri üçün ilk ev qarşılaşması olacaq. Tsikli səfər qələbəsi ilə başlayan millimiz San-Marino üzərindəki minimal hesablı uğurun davamını gətirməyə çalışacaq. Norveç yığması ilə əvvəlki 4 matçda qol vura bilməyən futbolçularımız tilsimi qırıb, ilk dəfə rəqib qapısına yol tapmaq, növbəti qələbəsini bayram etmək iddiasındaı. Ev oyunundakı xal komandamızın liderliyi ələ keçirməsi ilə nəticələnəcək. Yığmamızın turu zirvədə bitirməsi üçün Norveç üzərində qələbə ilə yanaşı, digər görüşlərin də nəticələri vacibdi.
Qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Liran Liani olacaq. Ona həmyerliləri Nissan Davidi və David Elias Biton kömək edəcəklər. Dördüncü hakim funksiyasını Eitan Şmuelevitz yerinə yetirəcək.
Matçın UEFA nümayəndəsi Çarles Şaack (Lüksemburq), hakim-inspektoru isə Erol Ersoy (Türkiyə) olacaq.
Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində ilk oyununda səfərdə San Marino yığması ilə qarşılaşıb və komandamız görüşdən minimal hesablı üstünlüklə ayrılıb – 1:0.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – Norveç qarşılaşması saat 20:00-da start götürəcək.
DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
C qrupu
II tur
8 oktyabr
20:00. Azərbaycan - Norveç
Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu
|
1 |
Almaniya |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
|
2 |
Azərbaycan |
1 |
1 |
0 |
0 |
1-0 |
3 |
|
3 |
Çexiya |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
|
4 |
Ş.İrlandiya |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
|
5 |
San-Marino |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
6 |
Norveç |
1 |
0 |
0 |
1 |
0-3 |
0 |