bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Bakıda kempo üzrə Avrasiya çempionatı keçiriləcək

08.10.2016 08:11 Oxundu 2173

Oktyabrın 16-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və “Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə Bakıda kempo full və kempo submission idman növü üzrə Avrasiya çempionatı keçiriləcək. Cempionatda Avropa və Asiyadan olan idmançıların iştirakı gözlənilir. Çempionat artıq ikinci dəfə Bakıda təşkil olunacaq.

Avrasiya çempionatı Şağan Olimpiya İdman Kompleksində keçiriləcək.