2531
Azərbaycan milli komandası bu gün DÇ-2018-in seçmə mərhələsində ikinci oyununa çıxıb. İlk ev matçında yığmamızın rəqibi Norveç millisi olub.
İsrailli baş hakim Liran Lianinin idarə etdiyi oyunun 11-ci dəqiqəsində millimizin futbolçusu Maksim Medvedev hesabı açıb. Qarşılıqlı hücumlar şəraitində keçən görüşün ilk hissəsi yığmamızın minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.
Görüşün ikinci hissəsinə də fəal başlayan millimiz rəqib qapısı qarşısında təhlükəli məqamlar yaratsa da, top qapıdan keçməyib.
Komandamız növbəti oyununu oktyabrın 11-də səfərdə Çexiya yığmasına qarşı keçirəcək.
Milli komandamız seçmə mərhələdə ilk görüşündə San Marino yığması ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
DÇ-2018-in seçmə mərhələsi
UEFA zonası
C qrupu
II tur
8 oktyabr
Azərbaycan - Norveç - 1:0
Qol: Maksim Medvedev, 11
Hakimlər: Liran Liani, David Elyas Bitton, Nissan Davidi, Eytan Şmuelevitz (hamısı İsrail)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
UEFA nümayəndəsi: Çarles Şaak (Lüksemburq)
Bakı Olimpiya Stadionu
Azərbaycan: 1. Kamran Ağayev, 2. Qara Qarayev, 3. Məhəmməd Mirzəbəyov, 5. Maksim Medvedov, 8. Eddi İsrafilov, 10. Ruslan Qurbanov, 13. Dmitri Nazarov, 14. Rəşad Sadıqov (k), 18. Ağabala Ramazanov, 19. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov
Ehtiyat oyunçular: 12. Anar Nəzirov (q), 23. Səlahət Ağayev (q), 4. Pavel Paşayev, 6. Bədavi Hüseynov, 7. Araz Abdullayev, 9. Namik Ələsgərov, 11. Rauf Əliyev, 15. Ruslan Abnşov, 16. Emin Mahmudov, 17. Rəhman Hacıyev, 20. Ramil Şeydayev, 22. Tərlan Quliyev
Norveç: 1. Rune Yarsteyn, 2. Haytam Alesami, 3. Even Hovland, 4. Stefan Strandberq, 7. Coşua Kinq, 10. Markus Henriksen, 19. Per Silyan Skilberd, 16. Yonas Svensson, 18. Ole Salnes, 20. Adama Diomande, 21. Pal Andre Helland
Ehtiyat oyunçular: 12. Oryan Niland (q), 22. Andre Hansen (q), 5. Aleksandr Tetti, 6. Ruben Qbrielsen, 8. Stefan Yohansen, 9. Aleksandr Sorlot, 11. Tarik Elyunusi, 13. Martin Samuelsen, 14. Veqar Hadenstat, 17. Conatan Parr, 19. Ruben Yensenn, 23. Co İnge Bergett
|
1 |
Azərbaycan |
2 |
2 |
0 |
0 |
2-0 |
6 |
|
2 |
Almaniya |
1 |
1 |
0 |
0 |
3-0 |
3 |
|
3 |
Çexiya |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
|
4 |
Ş.İrlandiya |
1 |
0 |
1 |
0 |
0-0 |
1 |
|
5 |
San-Marino |
1 |
0 |
0 |
1 |
0-1 |
0 |
|
6 |
Norveç |
2 |
0 |
0 |
2 |
0-4 |
0 |