bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

Millimiz uğurlu seriyanı davam etdirmək əzmindədir

11.10.2016 06:49 Oxundu 2132

Bu gün milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxacaq. Yığmamız səfərdə Çexiya ilə qarşılaşacaq. Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimalhesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamız uğurlu seriyanı davam etdirmək əzmindədir. Çətin səfərdən 1 xal qazanmaq belə Robert Prosineçkinin yetirmələri üçün uğur hesab olunacaq. Potensial qələbə isə millimizin hazırda Almaniya ilə şərikli liderliyinin davam etdirməsi anlamına gəlir. Əgər futbolçularımız Çexiyada ən pis halda uduzmasa, bu, artıq bir yubileyin qeyd olunması ilə nəticələnəcək. Belə ki, tarixi ərzində çıxış etdiyi bütün seçmə mərhələlərdə cəmi 9 dəfə səfərdə xala və qələbəyə sevinmiş seçməmiz bu dəfə yubileyi rəsmiləşdirmək istəyir.

San-Marino ilə səfər, Norveçlə ev matçlarında qol buraxmayan yığmamız yenidən qapısını toxunulmaz saxlamağa çalışacaq. Bu gerçəkləşsə, millimiz 3 seçmə oyununda qol buraxmamaqla, tarixinin rekordunu təkrarlayacaq.

Qeyd edək ki, Ostravanın “Vitkovitse” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Millimizin yer aldığı qrupda Almaniya Şimali İrlandiyanı, Norveç isə San Marinonu qəbul edəcək.

Turun son oyun günündə həmçinin E və F qruplarında da görüşlər keçiriləcək.

11 oktyabr

C qrupu

22:45. Çexiya - Azərbaycan

22:45. Almaniya - Şimali İrlandiya

22:45. Norveç - San Marino

E qrupu

20:00. Qazaxıstan - Rumıniya

22:45. Danimarka - Monteneqro

22:45. Polşa - Ermənistan

F qrupu

22:45. Slovakiya - Şotlandiya

22:45. Sloveniya - İngiltərə

22:45. Litva - Malta

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

III tur, 11 oktyabr

22:45. Çexiya – Azərbaycan

Baş hakim: Matey Yuq
Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali

Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)
Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)
UEFA nümayəndəsi: George Kumas (Kipr)

Ostrava. “Vitkovitse” stadionu

1.

Almaniya

2

2

0

0

6:0

6

2.

Azərbaycan

2

2

0

0

2:0

6

3.

Şimali İrlandiya

2

1

1

0

4:0

4

4.

Çexiya

2

0

1

1

0:3

1

5.

Norveç

2

0

0

2

0:4

0

6.

San Marino

2

0

0

2

0:5

0