11.10.2016 10:00
3395
3395
Oktyabrın 12-13-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində 23 yaşadək cüdoçular arasında Azərbaycan birinciliyi keçiriləcək. Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarışda respublikamızın müxtəlif bölgələrindən 200-ə yaxın cüdoçu mübarizə aparacaq.
Yarışın keçirilməsində əsas məqsəd milli komandamız üçün gənc və perspektivli cüdoçuları müəyyənləşdirməkdir.
Qaliblərə diplom və medallar veriləcək.