bazar ertəsi, 19 yanvar 2026

BİZİM FUTBOL

1/16 final rəqəmlərin gözü ilə

11.10.2016 12:41 Oxundu 2056

Bu həftə Azərbaycan kubokunda 2016-2017-ci illər mövsümünə start veriləcək. Yarışın 1/16 final mərhələsində I divizionun 4 klubu iştirak edəcək. Peşəkar Futbol Liqasının rəsmi internet saytı 1/16 finalda üz-üzə gələcək komandaların ölkə kubokundakı oyunlarının balansını, həmçinin bu 4 komandanın yarışdakı ümum göstəricilərini təqdim edir.

Azərbaycan kuboku

1/16 final

12 oktyabr (çərşənbə)

“Turan Tovuz” - “Bakılı” – indiyədək qarşılaşmayıblar

“Şəmkir” – “Qaradağ Lökbatan” – indiyədək qarşılaşmayıblar

1/16 finalçıların hamısı əvvəllər də ölkə kubokunda iştirak edib. Bu komandalar qarşıdakı görüşdə bəzi yubileylər qeyd edə bilər. “Şəmkir”in 70-ci, “Qaradağ-Lökbatan”in 25-ci qolu vurması mümkündüsə, sonuncuların 10-cu məğlubiyyəti və 40-ci topu buraxması da gerçəkləşə bilər. “Bakılı” və “Şəmkir” üçün heç-heçə sayca 10-cu olacaq.

klub

O

Q

H

M

T/F

X*

Şəmkir

46

21

9

16

69-44

72

Bakılı

40

15

9

20

45-72

54

Qaradağ-Lökbatan

16

6

1

9

23-38

19

Turan Tovuz

2

1

0

1

4-4

3

*- xallar şərti olaraq hesablanıb.