bazar ertəsi, 19 yanvar 2026

DİGƏR NÖVLƏR

Roma namizədliyini geri götürdü

11.10.2016 18:10 Oxundu 2155

İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. Bu barədə rəsmi qərarı CONİ-nin prezidenti Covanni Malaqo açıqlayıb. O keçirdiyi mətbuat konfransında bildirib ki, artıq namizədliyi geri götürmək üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi məktub göndəriblər: “Bu gün səhər namizədlikdən imtina etdik”. Maloqo 2019-cu ildə BOK-un İcraiyyə Komitəsinin Milanda keçirilməsi istəyini də məktuba əlavə etdiklərini deyib. Nəticədə Oyunları keçirməyə namizəd kimi Budapeşt (Macarıstan), Los-Anceles (ABŞ) və Paris (Fransa) şəhərləri qalıb. 2024-cü ildə olacaq yarışın ev sahibinin adına isə 2017-ci il sentyabrın 13-də Perunun paytaxtı Limada aydınlıq gələcək. Qeyd edək ki, Roma 2020-ci ildə də Olimpiadaya ev sahibliyi etmək arzusunda olsa da, İtaliya hökuməti iqtisadi böhran səbəbindən namizədlikdən imtina etmişdi.