2183
Bu gün futzal üzrə UEFA kubokunda əsas mərhələyə start verilib. Birillik fasilədən sonra turnirdə təmsil olunan Azərbaycanın çempionu “Araz” Makedoniyada keçirilən II qrupun ilk turunda Tbilisi Universitetinin komandası ilə qarşılaşıb. Görüş boyunca bütün komponentlərdə rəqibindən üstün olan təmsilçimiz yekunda 7:1 hesablı qələbəyə sevinib. Everton Kardozo, Vasura və Bolinyanın dubl etdiyi oyunda bir dəfə də Xətai Bağırov fərqlənib.
Futzal üzrə UEFA kuboku
Əsas mərhələ, II qrup
I tur, 11 oktyabr
“Araz” – TDU (Gürcüstan) - 7:1
Qollar: Everton Kardozo, 3:44, 11:15. Vasura, 29:29, 35:58, Bolinya, 37:35, 38:19, Xətai Bağırov, 38:28 - Sozaşvili, 23:41
Milli Komandamaızın 270 dəqiqəlik “quru seriyası”
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan milli komandası uğurlu start götürdü. İlk iki oyundan 6 xal götürən millilərimiz eyni zamanda bu oyunlarda qapısindan top da buraxmadı. Bütün proqnozların əksinə olaraq Çex respublikası ilə rəqib meydanda keçirilən oyunda da Kamran Ağayev qapısını “salamat” saxlaya bildi. Beləliklə, Azərbaycan milli komandası tarixində ilk dəfə olaraq dünya çempionatlarının seçmə oyunlarında ilk 3 oyunda 7 xal toplamaqla həm də 270 dəqiqəlik “quru seriyası”nı davam etdirdi.